Bank Of Baku

Erməni deputat parlamentə mandatından imtina ilə bağlı müraciət edib

Ermənistanın Parlamentinin deputatı Vilen Qabrielyan

© APA | Ermənistanın Parlamentinin deputatı Vilen Qabrielyan

# 01 aprel 2025 14:47 (UTC +04:00)

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vilen Qabrielyan parlamentə mandatından imtina ilə bağlı müraciət edib.

APA-nın “Armenia-Today” portalına istinadən məlumatına görə, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti xəbər yayıb.

V. Qabrielyan 7 gün ərzində müraciətini geri götürməsə, onun xahişi təmin olunacaq.

Xatırladaq ki, Vilen Qabrielyan Gümrü şəhərində görüş zamanı jurnalistləri təhqir edərək xoşagəlməz ifadələr işlədib, hakim partiyanın 2026-cı ildə hakimiyyətdən gedəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR