Erməni deputat: Paşinyan istefa vermək məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil

Sarkis Xandanyan

© APA | Sarkis Xandanyan

# 17 may 2024 17:32 (UTC +04:00)

Nə Ermənistanın Baş naziri, nə də “Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanın istefa vermək məsələsini kiminləsə müzakirə etmək niyyətindədir.

APA-nın “Hraparak”a istinadən xəbərinə görə, bunu hakim partiyanın deputatı Sarkis Xandanyan deyib.

O bildirib ki, ölkədə heç bir siyasi qüvvə hakimiyyətin legitimliyinə şübhə ilə yanaşa bilməz.

Xandanyanın sözlərinə görə, istənilən ölkədə hakimiyyət demokratik və legitim seçki yolu ilə dəyişdirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR