Ermənistan ordusunda müqavilə ilə xidmət keçən hərbi qulluqçu qaz balonunun alışması nəticəsində xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, serjant A.M. avtomobilə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən hərbçinin vəziyyəti ağırdır.