Bank Of Baku

Erməni nazir: Roma Statutunun Rusiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur

Erməni nazir: Roma Statutunun Rusiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur
# 14 sentyabr 2023 13:29 (UTC +04:00)

BCM-in Roma Statutunun Rusiya Federasiyası ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiya liderinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl ona qoşulmaq prosesinə başlayıb.

"Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə dair orderinə gəlincə, bu, artıq siyasi məsələdir. Roma Statutunun qəbulu kontekstində İrəvanın məqsədi Ermənistan ərazisində törədilmiş hərbi cinayətlərə qarşı beynəlxalq məhkəmə mexanizmlərindən istifadə etməkdir", - erməni nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR