Ermənistan parlamentinin spikeri Alen Simonyan onunla Baş nazir Nikol Paşinyan arasında fikir ayrılığının olmadığını bildirib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Spiker qeyd edib ki, aralarında fikir ayrılıqları yoxdur və ola da bilməz, çünki onların hər ikisi eyni komandadadır.
Xatırladaq ki, dünən Alen Simonyan Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın İrəvanda döyülməsi barədə məlumat vermişdi, lakin Ermənistan Polisi və Aşot Paşinyanın özü bu xəbəri təkzib edib.