Erməni spiker: Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır

Erməni spiker: Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır
# 27 fevral 2024 12:24 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, jurnalistin bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, lakin “Rusiya sərhədçilərinin oradan getməli olduqlarına” inandığını bildirib.

Simonyan rusiyalı sərhədçilərə güvənmədiyini deyib:

“Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR