Bank Of Baku

Erməni spiker Rusiya nümayəndəsinin BMT TŞ-da çıxışını tənqid edib

Erməni spiker Rusiya nümayəndəsinin BMT TŞ-da çıxışını tənqid edib
# 21 dekabr 2022 18:05 (UTC +04:00)

Rusiya ya bacarmır, ya istəmir, ya da nə bacarır, nə də istəyir.

APA Panorama.am-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrdə Rusiya nümayəndəsinin çıxışına münasibət bildirərkən deyib.

O, Rusiya nümayəndəsinin BMT TŞ-dakı çıxışını mənfi dəyərləndirdiyini söyləyib.

“Rusiya nümayəndəsinin BMT-dəki çıxışını mənfi dəyərləndirirəm. Çünki hesab edirəm ki, müttəfiq ölkə kimi Rusiya Ermənistanla sıx münasibətləri olmayan ölkələrin etdiyi kimi, daha ünvanlı çıxış edə bilərdi. Düşünürəm ki, Rusiya ya bacarmır, ya istəmir, ya da nə bacarır, nə də istəyir. Son baş verən hadisələrdən sonra bu məni təəccübləndirmir”, Alen Simonyan deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR