Erməni spiker Seyran Ohanyanı parlamentin tribunasından qovub - VİDEO

“Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan

© APA | “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan

# 13 iyun 2024 11:49 (UTC +04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar, o cümlədən “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, müxalif deputatlar Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər.

Seyran Ohanyan parlamenti tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR