Bank Of Baku

Ermənistan ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır

Ermənistan ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır
# 04 iyul 2024 11:32 (UTC +04:00)

Ermənistan ABŞ-la münasibətləri bir çox sahədə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqillik Günü münasibətilə ABŞ lideri Co Baydenə göndərdiyi məktubda deyilir.

Məktubda ABŞ-la tərəfdaşlığın hər iki ölkənin və bütövlükdə regionun inkişafına töhfə verəcəyi bildirilib, eyni zamanda, Ermənistanın sülh gündəliyinə sadiq olduğu vurğulanıb.

Ermənistanın hökumət rəhbəri qeyd edib ki, ölkəsi ABŞ-nin 1991-ci ildə qəbul olunan Alma-Ata bəyannaməsinə uyğun olaraq region ölkələri arasında suverenlik, müstəqillik, ərazi bütövlüyü, demokratiya və sərhədlərin toxunulmazlığına istiqamətlənən sülhün bərqərarı yönündəki rolunu yüksək qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR