Bank Of Baku

Ermənistan Antalya Diplomatiya Forumunda iştirakla bağlı qərar verməyib

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 02 mart 2022 17:46 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forumda erməni tərəfinin iştirakı ilə bağlı hələlik hər hansı qərarın olmadığını bildirib.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, XİN başçısı bu barədə parlamentdə hökumət saatında deyib.

“Dünyada hadisələr çox sürətlə inkişaf edir. Dünya hər gün, hər saniyə dəyişir”, - o qeyd edib.

Ararat Mirzoyan vurğulayıb ki, forumun tarixi yaxınlaşan kimi Ermənistan tərəfi qərar verəcək.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək.

Xatırladaq ki, Türkiyə Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR