Bank Of Baku

Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifinə cavab verib

Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifinə cavab verib
# 14 mart 2022 14:57 (UTC +04:00)

Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, rəsmi İrəvan danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.

Bəyanatda vurğulanıb ki, BMT Nizamnaməsi, Helsinki Yekun Aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə danışıqların təşkil olunması üçün müraciət edilib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiklərini və cavab gözlədiklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR