Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının həbs olunmuş sabiq rəis müavini Stepan Qalstyanın vəziyyəti yenidən pisləşib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.
Qeyd olunub ki, onun xroniki xəstəliyi güclənib.
Stepan Qalstyanın vəkilləri onun həbsxanadan mülki xəstəxanaya keçirilməsini istəyirlər.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəis müavini Stepan Qalstyan sabiq müdafiə naziri David Tonoyan və bir neçə yüksək rütbəli zabitlə birlikdə 4,6 milyon dollar dəyərində yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur.