Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək

Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək
# 12 aprel 2024 10:38 (UTC +04:00)

Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, müvafiq məsələ parlamentin bugünkü iclasının gündəliyinə salınıb.

Bildirilir ki, yeni qərar krallıqla artan hərbi əməkdaşlıq fonunda verilib.

Hərbi attaşenin qarşısında müvafiq sahədə əməkdaşlığın daha da inkişafı, birgə hərbi tərəfdaşlıq proqramlarının koordinasiyası, eləcə də qarşılıqlı səfərlərin təşkili kimi tapşırıqlar qoyulub.

Bu arada, hazırdda bir qrup erməni hərbçinin Birləşmiş Krallığın ordusunda İngilis dili, idarəetmə, eləcə də minatəmizləmə sahəsində təlimlərə cəlb olunduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR