Ermənistanın Baş nazir Nikol Paşinyan 2022-ci ildə Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istisna etmir.
APA-nın xəbərinə görə, bu barədə Paşinyan onlayn mətbuat konfransında bildirib.
Türkiyənin xarici işlər nazirliyinin dəvəti barədə suala cavabında Paşinyan bildirib ki, ölkəsi böyük ehtimalla 11-13 mart tarixlərində Antalyada keçiriləcək diplomatik forumda iştirak edəcək: “Hər şey həmin andakı vəziyyətdən asılıdır. Lakin xüsusi nümayəndələrin görüşündən sonra ehtimal var ki Ermənistan forumda iştirak etsin. Dialoq şansını buraxmaq məntiqi deyil”.
Ermənistan bu il Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istisna etmir
24 yanvar 2022 23:21 (UTC +04:00)