Bank Of Baku

Ermənistan hakimiyyəti “DQR”in İrəvandakı “nümayəndəliyi”nin binasını separatçılardan almaq istəyir

Ermənistan hakimiyyəti “DQR”in İrəvandakı “nümayəndəliyi”nin binasını separatçılardan almaq istəyir
# 16 iyul 2025 11:05 (UTC +04:00)

Ermənistan hakimiyyəti özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasını Qarabağ separatçılarından almaq istəyir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məhkəməyə müraciət edib.

İddianın məqsədi DQR Nazirlər Kabinetinin 2017-ci ilin martında qeydiyyatdan keçmiş mülkiyyət hüququnu etibarsız saymaqdır.

Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR