Ermənistan hakimiyyəti rus sərhədçilərinin “Zvartnots”dan çıxarılmasını müzakirə edir

Ermənistan hakimiyyəti rus sərhədçilərinin “Zvartnots”dan çıxarılmasını müzakirə edir
# 01 mart 2024 12:33 (UTC +04:00)

Ermənistan hakimiyyəti rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsini müzakirə edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Vladimir Vardanyan brifinq zamanı bildirib.

O deyib ki, erməni hərbçiləri ölkənin hava sərhədlərini qorumalıdır.

Brifinq iştirakçılarından olan Ermənistan parlamentinin digər nümayəndəsi, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan isə bildirib ki, ölkə rəhbərliyi paytaxtın “Zvartnots” hava limanında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sərhədçilərinin mövcudluğu ilə bağlı müzakirə aparır:

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, amma hələ ki, dəqiq qərar yoxdur”, - deyə o, qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR