Bank Of Baku

Ermənistan İstintaq Komitəsi: Gorusda saxlanılan şəxslərdən pulemyot, qumbara və tapança götürülüb

Ermənistan İstintaq Komitəsi: Gorusda saxlanılan şəxslərdən pulemyot, qumbara və tapança götürülüb
# 08 sentyabr 2023 11:54 (UTC +04:00)

Ermənistanın Gorus şəhərində qanunsuz silah əldə etmək, saxlamaq və satmaqda şübhəli bilinən 7 vətəndaş saxlanılıb, onlardan pulemyot, qumbara və tapança götürülüb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

6-7 sentyabr tarixlərində onlar saxlanılaraq Komitəyə aparılıblar. Həbs olunan şəxslərin yaşayış yerlərində və nəqliyyat vasitələrində axtarışlar aparılıb.

Qeyd edək ki, Ermənistanda rusyönümlü bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun əməkdaşı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıb.

Onlara qarşı “odlu silahların qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR