Ermənistan prezidenti İsveç, Polşa və İraqa yeni səfirlərin təyin edilməsi haqqında fərmanlar imzalayıb.
APA xəbə verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, ölkənin Belçika və Avropa İttifaqındakı nümayəndəsi Anna Ağacanyan İsveçdəki səfir təyin edilib.
Ermənistanın İsveç, Danimarka, Norveç, İslandiya və Finlandiyadakı səfiri Aleksandr Arzumanyan geri çağırılaraq Polşaya səfir göndərilib. Misak Balasanyan İraqa səfir təyin edilib.