Armen Qriqoryan MDB Təhlükəsizlik Şurası katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan “Armenpress” agentliyinə bildirib.
Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər.