İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın oğlunun iştirakı ilə yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə Ermənistan "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı Artem Vanetsyan “Mercedes” markalı avtomobillə 36 yaşlı Armavir rayon sakininin idarə etdiyi "KIA" maşınına çırpılıb.
Hadisədən sonra Artem Vanetsyan xəstəxanaya yerləşdirilib.