Bank Of Baku

Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir

Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir
# 30 iyul 2024 10:32 (UTC +04:00)

Avqustun 1-də Rusiya hərbçilərinin İrəvanın “Zvartnots” hava limanını tərk etməsi və Ermənistan sərhədçilərinin burada yerləşdirilməsi ilə əlaqədar əlavə şəxsi heyət cəlb edir.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu fakt özünü xüsusilə də pasport və yüklərin sənədləşdirilməsi zamanı göstərəcək:

“Bu məqsədlə Ermənistanın Milli Təhlükəsizlik Xidməti əlavə əməkdaşların qəbulunu zəruri sayır”.

Qeyd edək ki, Rusiya sərhədçiləri 30 sentyabr 1992-ci ildə imzalanan müqavilə əsasında Gümrü, Armavir, Artaşat və Mehri sərhəd dəstələri, eləcə də “Zvartnots” havalimanındə xidmət aparırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR