Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Davtyan vəfat edib.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun keçmiş həmkarı Artak Zakaryan sosial mediada bildirib.
Onun sözlərinə görə, 56 yaşlı Artak Davtyan uzun sürən xəstəlikdən vəfat edib.
Davtyan 2003-2004-cü illərdə - Ermənistan energetika nazirinin müavini olub, 2009-2017-ci illərdə isə Ermənistanın Respublika Partiyasından deputat olub. 2017-ci ildə isə o, müdafiə nazirinin müavini olub və 2018-ci ilə - "məxməri inqilab"a qədər bu vəzifədə çalışıb.