Bank Of Baku

Ermənistan ordusunda bir gündə ikinci əsgər ölümü baş verib

Ermənistan ordusunda bir gündə ikinci əsgər ölümü baş verib
# 17 mart 2022 13:26 (UTC +04:00)

Ermənistanda son sutka ərzində daha bir hərbi qulluqçunun ölümü qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, 17 mart saat 10:30-da sıravi Eduard Rüstəmyanın meyiti tapılıb.

19 yaşlı hərbçinin hərbi hissələrdən birində güllə yarasından öldüyü açıqlanıb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, oxşar insident martın 16-da axşam saatlarında da qeydə alınıb. Hərbi çağırışçı Albert Siroyan intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR