Ermənistan parlamentinə ratifikasiya edilməsi üçün təqdim edilən Roma statutunun ekspertizası başa çatıb.
APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, ölkənin qanunverici orqanının müvafiq departamentləri tərəfindən araşdırma aparılıb və hüquqi ekspertiza baxımından mübahisəli məsələlər müəyyən edilməyib.
Buna baxmayaraq, Roma Statununun ratifikasiyasının məqsədəuyğunluğu haqqında sertifikatın verilmədiyi bildirilib.