Bank Of Baku

Ermənistan parlamentinin qarşısında polislərin sayı artırılıb - VİDEO

Ermənistan parlamentinin qarşısında polislərin sayı artırılıb - VİDEO
# 12 iyun 2024 12:58 (UTC +04:00)

Ermənistan parlamentinin binası qarşısındakı polis əməkdaşlarının sayı artırılıb.

APA-nın “azatutyun.am”a istinadən xəbərinə görə, buna səbəbin “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan və tərəfdarlarının burada etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumatın olduğu göstərilir.

Səhər saatlarından etibarən bina əllərində rezin dəyənəklər olan polis nəfərləri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, iyunun 11-də Qalstanyan rəhbəri olduğu hərəkatın üzvlərini bu gün yerli vaxtla saat 15:00-da qanunverici orqanın qarşısına toplaşmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR