Ermənistan parlamentinin spikeri Alen Simonyan da KTMT tədbirində iştirak etməyəcək.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o bu barədə parlament iclası zamanı deyib.
Simonyan KTMT-nin dekabrda keçiriləcək tədbirinə qatılmayacağını bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri, xarici işlər və müdafiə nazirləri KTMT-nin Minskdə bu günlərdə keçiriləcək iclasında iştirak etməyəcək.