Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” şirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər həyata keçirməsinə razılıq verib.
APA-nın “Sputnik Armeniya”ya istinadla xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl analoji icazə Ermənistanın “Flyone” şirkətinə də verilib.