Ermənistan polisi Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edildiyini təsdiqləyib.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, faktla bağlı toplanan materiallar İstintaq Komitəsinə veriləcək.
Xatırladaq ki, Aşot Paşinyanın "Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri tərəfindən oğurlanmasına cəhd bu gün günorta saatlarında qeydə alınıb.
***
16:17
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.
APA "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.
"Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Təşkilat üzvləri qaçıb, onların axtarışı aparılır.
Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.