Bank Of Baku

Ermənistan Polisinin keçmiş rəisinə daha bir cinayət işi açılıb

Vladimir Qasparyan

© APA | Vladimir Qasparyan

# 13 dekabr 2022 12:37 (UTC +04:00)

Ermənistan Polisinin keçmiş rəisi Vladimir Qasparyanın adı daha bir cinayət işində hallandırılır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, Qasparyan “Dinamo” cəmiyyətinin sədri olduğu dövrdə 5900 kvadrat metrlik ərazini başqa bir təşkilata “bağışlamağa” cəhd edib. Belə ki, söhbət cəmiyyətin örtülü üzgüçülük hovuzundan və ona bitişik tikilidən gedir.

Həmçinin o da əlavə olunub ki, Qasparyan bu cinayət əməli ilə 858 milyon dram məbləğində dövlət əmlakını mənimsəməyə cəhd edib.

Onun barəsində cinayət işinin başlanması ilə bağlı qərar çıxarılıb, iş baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.

Xatırladaq ki, bir müddət öncə Ermənistan Baş Prokurorluğu Qasparyanın həyat yoldaşı və qızı barədə də istintaq araşdırması başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR