Bank Of Baku

Ermənistan Prezidenti Litvaya rəsmi səfərə gedəcək

Vaaqn Xaçaturyan

© APA | Vaaqn Xaçaturyan

# 18 aprel 2023 13:14 (UTC +04:00)

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Litvaya rəsmi səfərə gedəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Səfər 18-20 aprel tarixlərində baş tutacaq.

Qeyd edilib ki, Xaçaturyan Ermənistan və Litvanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək Ermənistan-Litva biznes forumunun açılışında da iştirak edəcək.

Vaaqn Xaçaturyan səfər çərçivəsində Litva Prezidenti, eləcə də ölkənin digər vəzifəli şəxsləri ilə görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR