Ermənistan prezidenti Vaaqn Xaçaturyan oktyabrın 15-də Qazaxıstana səfər edəcək.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onu bu ölkəyə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev dəvət edib.
Səfər çərçivəsində siyasi, ticari-iqtisadi, eləcə də humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Tərəflər həmçinin beynəlxalq gündəmin aktual məsələlərini də nəzərdən keçirəcək.