Bank Of Baku

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırılıb - VİDEO

Armen Sarkisyan

© APA | Armen Sarkisyan

# 01 fevral 2022 10:24 (UTC +04:00)

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə protokol imzalayıb.

Ermənistan Prezidentinin istefa qərarı verməsindən keçən 7 gün ərzində qərarını dəyişmədiyi üçün onun səlahiyyətlərinin dayandırılması barədə qərar qüvvəyə minib.

Müvafiq qərar bu gün qanunverici orqanın saytında da yerləşdirilib.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR