Ermənistan Rusiyadan dəyəri ödənilmiş silahların tədarükünü gözləyir.
APA xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan deyib.
Koçaryan 400 milyon dollarlıq Rusiya silahlarının Ermənistana tədarük vaxtını şərh edib: “Silahların çatdırılacağı tarixə gəlincə isə, hər bir müqavilədə həm çatdırılma üçün son tarix, həmçinin silahların tədarükü gecikəcəyi təqdirdə nəzərdə tutulan sanksiyalar öz əksini tapıb”.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı ölkəsinin müttəfiqlərdən birinə silah tədarükü üçün yüz milyonlarla dollar ödənildiyini, lakin silahların hələ tədarük olunmadığını bildirib.