Bank Of Baku

Ermənistan sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə də müraciət edib

Ermənistan XİN başçısı Ararat Mirzoyan

© APA | Ermənistan XİN başçısı Ararat Mirzoyan

# 18 oktyabr 2022 16:42 (UTC +04:00)

Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.

APA "news.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır.

“Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - nazir bildirib.

Aİ-nin mülki missiyası ilə bağlı Mirzoyan əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsində beynəlxalq iştirakı gözləyir.

Xatırladaq ki, artıq Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR