Ermənistan sürücülük vəsiqələrinin Rusiyada tanınması məsələsi Moskva ilə müzakirə edilməyib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə çıxışı zamanı bildirib.
Safaryan deyib ki, müzakirə üçün uyğun məqam olmayıb, gələcək təmaslar zamanı bu məsələni qaldırmağa və münasibət bildirməyə çalışacağıq.
Ermənistan parlamentinin inteqrasiya məsələləri üzrə komissiyasının sədr müavini Vaqarşak Akopyan öz növbəsində əlavə edib ki, problemin nədən (siyasi, texniki və ya digər) ibarət olduğunu öyrənmək lazımdır.