Ermənistan Təbrizdə Baş konsulluq açmaq istədiyini açıqlayıb.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.
O, Qafanda İran Baş konsulluğunun yaradılmasını iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə Baş konsulluq yaratmağa hazır olduğunu bəyan edib.
“İranın Baş konsulluğu ikitərəfli əməkdaşlığı stimullaşdıracaq, həmçinin ölkələr arasında əlaqələrin inkişafına kömək edəcək”, - Ermənistan XİN başçısı bildirib.