Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə Qriqoryanın sosial şəbəkədəki hesabında bildirilib.
Səfərin dəqiq tarixi göstərilməyib.
Armen Qriqoryanın səfər çərçivəsində Paris və Berlində işgüzar görüşlər keçirəcəyi bildirilib.
Qeyd edək ki, Armen Qriqoryan bundan əvvəl Hindistanda səfərdə olub.