Ermənistan bütün məsələləri və problemləri rusiyalı tərəfdaşları ilə müzakirə edir.
APA xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan keçirdiyi brifinq zamanı jurnalistlərə bildirib.
Qriqoryan onu da qeyd edib ki, rəsmi İrəvan müzakirələrlə yanaşı, həmçinin müəyyən addımların atılması səbəblərinə də aydınlıq gətirir.