Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Ermənistan XİN başçısı Ararat Mirzoyan

© APA | Ermənistan XİN başçısı Ararat Mirzoyan

# 27 iyun 2024 13:17 (UTC +04:00)

Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

APA xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın Ukrayna-Rusiya müharibəsinə dair mövqeyi ilə bağlı sualı cavablandıran nazir bildirib ki, onun ölkəsi sülhü, sabitliyi dəstəkləyir və müharibə həmişə pisdir.

“Ancaq eyni zamanda, biz ölkələrin ərazi bütövlüyünü də dəstəkləyirik. Biz yalnız ölkələri müharibəni dayandırmağa çağıra bilərik”, - Mirzoyan əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR