Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə bir çox mövzuları, o cümlədən hərbi təhsili müzakirə edəcək.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan jurnalistlərə bildirib.
Deputat Fransa ilə hərbi əməkdaşlıq, xüsusən də silah tədarükü ilə bağlı sazişin nə vaxt imzalanacağı ilə bağlı sualı cavablandırmayıb.
Jurnalistin "mümkün sazişin imzalanması Ermənistanın hərbi-siyasi əməkdaşlığın diapazonunu genişləndirdiyinə işarədirmi?" sualına Koçaryan müsbət cavab verib.
Onun sözlərinə görə, 44 günlük müharibə göstərib ki, Ermənistan bütün sahələrdə ciddi işlər görməlidir.
Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” qəzetinə müsahibəsində bildirib ki, Paris və İrəvan Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirmək niyyətindədirlər.
O deyib ki, söhbət hava hücumundan müdafiə sistemlərindən gedir.