Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər regional təhlükəsizliyi, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Papikyan və Şoyqu hərbi əməkdaşlıq məsələlərinə də toxununblar.