Ermənistan XİN rəhbəri: Aİ-nin müşahidə missiyasının hesabatı yalnız üzv ölkələrə açıqdır

Ermənistan XİN rəhbəri: Aİ-nin müşahidə missiyasının hesabatı yalnız üzv ölkələrə açıqdır
# 24 mart 2023 19:07 (UTC +04:00)

2022-ci ilin oktyabr - dekabr aylarında Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) həyata keçirdiyi müvəqqəti müşahidə missiyasının hesabatı yalnız Aİ-yə üzv ölkələrə açıqdır.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

İclasda hakim partiyadan olan deputat Qurgen Arsenyan Aİ-nin mövqeyini öyrənmək üçün yekun sənədlə harada tanış ola biləcəyini soruşub. Mirzoyan isə cavabında bildirib ki, bu sənədə sərbəst giriş yoxdur, çünki bu, faktiki olaraq hesabatdır və sənəd Aİ rəhbərliyi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Avropa İttifaqının müvəqqəti monitorinq missiyası ötən ilin oktyabrından dekabr ayına kimi davam edib. 2023-cü ilin yanvarında isə Brüssel Ermənistanda uzunmüddətli missiyasının fəaliyyətə başlayacağını elan edib və bu missiya artıq fevralın əvvəlindən fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR