Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 16-da Tunisə işgüzar səfər edəcək.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan XİN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Beynəlxalq Frankofoniya Təşkilatına (OİF) üzv ölkələrin nazirlər səviyyəsində növbəti 43-cü konfransında iştirak edəcək.
Həmçinin səfər çərçivəsində müxtəlif xarici ölkələrin XİN rəhbərləri ilə ikitərəfli görüşlər nəzərdə tutulub.