“Rusiya ilə işgüzar əlaqələr var. Həmişə olduğu kimi, bütün tərəfdaşlarla olduğu kimi, fikir ayrılıqları və müzakirələr var. Bu o demək deyil ki, bunu gərginlik adlandırmaq olar”.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu XİN rəhbərinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib.
Ermənistanın KTMT-dən çıxmağı planlaşdırıb-çıxmadığını soruşduqda nazir müavini qeyd edib ki, hazırda bu məsələ gündəmdə deyil.