Bank Of Baku

Ermənistan XİN Türkiyə ilə sərhəddə yaxın günlərdə keçid məntəqəsinin açılacağı ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB

Ermənistan XİN Türkiyə ilə sərhəddə yaxın günlərdə keçid məntəqəsinin açılacağı ilə bağlı məlumatı təkzib edib  - YENİLƏNİB
# 11 fevral 2025 07:52 (UTC +04:00)

Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində hazırda heç bir dəyişiklik yoxdur.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan iki ölkə sərhədində keçid məntəqəsinin yaxın günlərdə açılacağı ilə bağlı xəbəri şərh edərkən bildirib.

***

10.02.2025
20:21

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.

APA xəbər verir ki, bu barədə “News.am” xəbər portalına diplomatik mənbə məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-də olacağı gözlənilir.

Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR