Bank Of Baku

Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə vermək fikrindən yayınıb

Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə vermək fikrindən yayınıb
# 24 iyul 2025 22:11 (UTC +04:00)

“Ermənistan Sünikdən keçən 42 kilometrlik dəhlizi icarəyə vermək fikrindən yayınıb.”

APA xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

“Sünik rayonundan keçən dəhlizin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi", - o qeyd edib.

Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR