Gələn il Ermənistanda qazın qiyməti dəyişməyəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.
Qriqoryanın sözlərinə görə, hazırda dəqiq məlumat var ki, Ermənistana Rusiyadan idxal olunan qazın qiyməti 2024-cü ildə dəyişməyəcək, bununla bağlı müqavilə imzalanıb və buna uyğun olaraq istehlakçılar üçün də tarif dəyişməyəcək.