Ermənistan Kadastr Xidmətinin əməkdaşları rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməllərinə görə həbs olunub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həbs olunan 11 şəxs barəsində araşdırma aparılır.
O da əlavə olunub ki, Korrupsiyaya qarşı mübarizə komitəsi böyük məbləğdə rüşvət alınması faktını aşlar edib.
Həbs olunan şəxslər vəzifə səlahiyyətlərini aşaraq qanunsuz əməllərə yol veriblər və nəticədə 11 torpaq sahəsi mənimsənilib. Torpaq sahələrinin ümumi dəyəri bazar qiymətləri ilə 5.6 milyard dram (13 milyon ABŞ dolları) təyin edilib.