Ermənistanın Syünik (Zəngəzur) vilayətində 2 hərbi qulluqçu yol qəzasında ölüb.
APA xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı cinayət işi açıb.
Hadisənin ötən gecə baş verdiyi və sürücünün idarəetməni itirməsi nəticəsində avtomobilin dərəyə düşdüyü bildirilir.