Bank Of Baku

Ermənistanda ABŞ-dan göndərilən çay bağlamasında həşiş aşkarlanıb

Ermənistanda ABŞ-dan göndərilən çay bağlamasında həşiş aşkarlanıb
# 28 avqust 2023 14:08 (UTC +04:00)

Ermənistanda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ABŞ-dan göndərilən çay bağlamasında gizlədilmiş 1170 qram həşiş aşkarlanıb və bununla bağlı keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İrəvanda Ermənistan vətəndaşı saxlanılıb.

Saxlanılan zaman onun üzərindən tiryəkə bənzər narkotik vasitə və ağ rəngli toz halında psixotrop maddə aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR